Milli.Az islam.az-a istinadən bildirir ki, dini mənbələrdən məlum olur ki, bir neçə peyğəmbər vəfat etməmiş, Allah tərəfindən onlara qiyamət gününə kimi həyat bəxş edilmişdir. Bunlardan biri Həzrət İdris Peyğəmbərdir (ə). O, öz peyğəmbərlik vəzifəsini başa vurduqdan sonra Allah tərəfindən səmaya qaldırılmışdır. İkinci diri peyğəmbər Həzrət İlyasdır (ə). Bəzi dini mətnlərdə Xızr və İlyas adlı iki peyğəmbərin olduğu və hər ikisinin diri qaldığı bildirilir. Bəzi məlumatlara görə isə, bunlar eyni şəxsin iki fərqli adıdır.
Rəvayətə görə, Həzrət Xızr (və ya İlyas) dirilik suyunu tapıb içdiyinə görə ölümsüzlük qazanmışdır. Nəhayət, diri olan daha bir peyğəmbər Həzrət İsadır (ə). Xristianlar o həzrətin çarmıxda can verdiyinə inansalar da, İslam mənbələrinə görə, Həzrət İsa (ə), onu öldürmək istəyənlərin əlindən xilas olaraq, Allah tərəfindən səmaya qaldırılmışdır və dünyanın sonuna yaxın yenidən yer üzünə qayıdacaq.
Milli.Az