[ 04 Aprel 2015 22:00 ]


Bakı-APA. Kubanın sabiq lideri Fidel Kastro 14 aydan sonra ilk dəfə ictimaiyyət önünə çıxıb.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, martın 30-da F.Kastro Kubada səfərdə olan Venesuela nümayəndə heyəti ilə görüşüb.

 

Avtomobildə əyləşən 88 yaşlı F.Kastronun şəkillərini “Granma” qəzeti yayıb. Qeyd edək ki, sonuncu dəfə F.Kastro  2014-cü il, yanvarın 8-də Havanada mədəniyyət mərkəzinin açılışında görünmüşdür.