Çinin şimal-qərb bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, Qansyu əyalətində ferma maşınının aşması nəticəsində 7 nəfər hadisə yerində, 5 nəfəri isə xəstəxanaya aparılarkən ölüb.
Daha 4 nəfərin xəsarət aldığı bildirilir. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Milli.Az