[ 04 Aprel 2015 21:36 ]



Bakı-APA. Çinin şimal-qərb bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Qansyu əyalətində ferma maşınının aşması nəticəsində 7 nəfər hadisə yerində, 5 nəfəri isə xəstəxanaya aparılarkən ölüb.

 

Daha 4 nəfərin xəsarət aldığı bildirilir. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.