Türkiyənin PTT 1-ci liqasında XXVI turun oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" "Giresunspor"u qəbul edib.

Oyun Kayseri təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kamran start heyətində yer alıb və 90 dəqiqə meydanda olub.

O, 90+3-cü dəqiqədə rəqib futbolçunun penalti zərbəsini dəf etməklə də özündən söz etdirməyi bacarıb.

Qeyd edək ki, "Kayserispor" 26 turdan sonra 56 хalla turnir cədvəlinə başçılıq edir.

Mənbə
ANS PRESS