Bakı, 4 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə I “Ümumrespublika yaşıllaşdırma marafonu”na qoşulan suraxanılılar rayonun bütün qəsəbələrində ağacəkmə kampaniyasının növbəti mərhələsini uğurla davam etdirirlər.
Kampaniya çərçivəsində növbəti iməcilik Zığ qəsəbəsində, “Dədə Qorqud” adlanan yaşayış sahəsində yerləşən N saylı hərbi hissənin ərazisində keçirilib. Eyni zamanda, rayonun digər ərazilərində də ağaclar əkilib.
İməcilikdə 200 nəfərdən artıq könüllü iştirak edib, ümumilikdə 500 ağac əkilib.
Birinci “Ümumrespublika yaşıllaşdırma marafonu”nun növbəti mərhələsində Suraxanı rayonunda 3500 ağacın əkilməsi nəzərdə tutulub.