Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə aprelin 4-də yeniyetmə və gənclər arasında idman dırmanması üzrə ənənəvi “Ümid-1” yarışına start verilib.
AZƏRTAC federasiyanın saytına istinadla xəbər verir ki, yarış “ClimBaku” idman dırmanması mərkəzində keçirilir.
Turnirdə federasiyanın “Ekosport”, “Salavat”, “AMEAST”, “Qərb Universiteti”, “FHN”, “Şahdağ”, “Caspian”, “Qax”, “Babadağ”, “Şahdağ Kompleksi”, “Qafqaz”, “Memarlıq”, “Gənclik”, “İrəli Extrim”, “Aviasiya”, “Climb club”, “Rock Stone”, “Kəmərqaya”, “Daşkəsən”, “Gəncə”, “Zirvə”, “Black Stone” və “AMA” klublarının idmançıları mübarizə aparırlar.
İki gün davam edəcək yarışın qaliblərinə medallar və diplomlar təqdim olunacaq.