Dağlıq Qarabağ münaqişəsi Rusiya və ABŞ-dan birinin arzusu ilə həll olunan deyil.

ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın sabiq müdafiə naziri, general-leytenant Vaqarşak Arutyunyan açıqlama verib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Rusiya üçün əlverişli deyil. Arutyunyan hesab edir ki, Rusiya Qarabağ məsələsi ilə münaqişə tərəflərinə təsir edə bilir.

"Tərəflərin razılığı olmadan münaqişə həll oluna bilməz. Bir şeyi başa düşmək lazımdır ki, torpaqları qazanırlar və qan bahasına müdafiə edirlər. Azərbaycan bunu edə bilmədi, biz isə bacardıq. İndi də torpaqları qorumalıyıq", - deyə sabiq müdafiə naziri bildirib.

Azərbaycanın cəbhədə hücumlarının qarşısı nə ala bilər sualına Arutyunyan belə cavab verib: "Qarabağı geri qaytarmalıyıq. Bununla razısınız?"

Torpaqları qorumaqdan dəm vuran sabiq müdafiə naziri müsahibəsində bir məqama toxunmayıb. Erməni silahlılarının Qarabağda uşaqlara, qadınlara qarşı törətdikləri görünməmiş vəhşiliklərdən heç danışmayıb. Ermənilər Azərbaycan torpaqlarındadırlar. Torpaqlarımızın 20%-ni işğal ediblər. Son vaxtlar Azərbaycan əsgərləri cəbhədə düşmənə ağır zərbələr vurduqları üçün indi əl-ayağa düşüblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov da ermənilərə sərt xəbərdarlıq eedib. O ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq anlamalıdır ki, o özgə torpağına soxulub və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq.
Mənbə
ANS PRESS