Müharibə veteranları Prezident İlham Əliyevə onlara göstərdiyi yüksək qayğıya görə minnətdarlıq edirlər
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 3-də imzaladığı “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam veteranlar tərəfindən dərin razılıq hissi ilə qarşılanıb.
AZƏRTAC xəbər verir ki, ehtiyatda olan general-mayor Dadaş Rzayev bununla əlaqədar Respublika Veteranlar Təşkilatı rəyasət heyəti adından dövlətimizin başçısına təşəkkür məktubu ünvanlayıb. Məktubda veteranlara qayğının əsasının hələ sovetlər dövründə ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu bildirilir. Müstəqilliyimiz bərpa edildikdən sonra isə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Liderin imzaladığı ilk sənədlərdən biri olan “Veteranlar haqqında” Qanunda bu qayğının öz hüquqi əsasını tapdığı diqqətə çatdırılır.
Məktubda Ulu Öndərin veteranlara göstərdiyi qayğının bu gün də dövlətimizin başçısı tərəfindən ardıcıllıqla yerinə yetirildiyi razılıq hissi ilə qeyd edilir. “Biz bunu Sizin bu gün 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarına 800 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə 400 manat məbləğində birdəfəlik maddi yardım verilməsi barədə imzaladığınız Sərəncamda da görürük”, - deyə məktubda vurğulanır.
Qeyd edilir bu Sərəncam Böyük Vətən müharibəsi iştirakçıları tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılanıb.
Məktubda veteranlar onlara göstərdiyi qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıq ifadə edir, ölkəmizin müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətində dövlətimizin başçısına uğurlar arzulayırlar. Məktubun sonunda Azərbaycan Prezidentinə müraciətlə deyilir: “Veteranlar həmişə Sizinlədir”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33