Bakı, 4 aprel, AZƏRTAC
Filippində “Maysak” qasırğasının yaxınlaşması səbəbindən təxminən 24 min insanın təxliyə edilməsi ilə bağlı əməliyyat başlayıb.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, yaxınlaşan təhlükə ölkənin şimal-şərq rayonlarının sahilyanı ərazilərinin əhalisini öz evlərini tərk etmək məcburiyyətində qoyub. Əhalini dağıdıcı qasırğadan mümkün qədər qorumaq üçün hökumət qabaqlayıcı təhlükəsizlik tədbirləri görməyə çalışır.
Proqnozlara görə, təbii fəlakət Filippin sahillərinə aprelin 5-də yetişəcək. Qasırğanın təsir radiusunda küləyin sürətinin bəzi hallarda saatda 160 kilometrə çatdığı bildirilir.