“Beltelekom” və “Cartburg Networks Corp.” arasında beynəlxalq elektrik rabitəsi xidmətlərinin göstərilməsi haqqında saziş imzalanıb
Bakı, 4 aprel, Laçın Sultanova, AZƏRTAC
Belarusun “Beltelekom” Respublika Unitar Müəssisəsi (RUM) və “Cartburg Networks Corp.” şirkəti (Azərbaycanın “Caspian Telecommunication LTD.” şirkətinin törəmə quruu) arasında beynəlxalq elektrik rabitəsi xidmətlərinin göstərilməsi haqqında saziş imzalanıb.
AZƏRTAC “Beltelekom”a istinadla xəbər verir ki, imzalanma mərasimi Belarus Respublikasının rabitə və informasiyalaşdırma naziri Sergey Popkovun Azərbaycana rəsmi səfəri zamanı keçirilib.
Saziş çərçivəsində tərəflər beynəlxalq elektrik rabiəti xidmətlərinin, o cümlədən beynəlxalq telefon rabitəsi xidmətlərinin göstərilməsi haqqında razılaşma əldə ediblər.
Xatırladaq ki, Bakıda keçirilən görüşlərdə Belarus Respublikasının informasiya-komminikasiya texnologiyaları (İKT) sahəsinin müxtəlif istiqamətləri üzrə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğu təsdiq edilib. Sergey Popkov bildirib ki, iki ölkənin elektron təhlükəsizliyi, informasiya, yüksək texnologiyalar parkı, kosmik sənaye məsələləri və digər sahələr üzrə əməkdaşlıq etmələri üçün böyük potensial var. Ölkələrimizin informasiya texnologiyaları şirkətlərinin yerli bazarlarda iştirakının genişləndirilməsi üçün “Bakutel-2015” sərgi-konfransı çərçivəsində III Belarus–Azərbaycan İnformasiya- Kommunikasiya Texnologioyaları Forumunun təşkil olunmasına xüsusi diqqət yetirilib. Danışıqların yekunlarına görə, Azərbaycan tərəfi bu Forumu keçirməyə hazır olduğunu təsdiq edib. Tədbirin keçirilməsinin ilkin tarixi 2015-ci il dekabrın 2-5-nə nəzərdə tutulub.
Səfər çərçivəsində “ПРОМСВЯЗЬ” , “Гипросвязь», “Beltelekom” , “НИИТЗИ» müəssisələrinin rəhbərləri əsas fəaliyyət istiqamətlərinin təqdimatını keçiriblər.
İşgüzar görüşlər “Aztelekom” və “Bakı Telefon Rabitəsi” istehsal müəssisələrində davam etdirilib. “Beltelekom” RUM-un və “Aztelekom” İM-in rəhbər heyətləri müştərək müəssisənin yaradılması, İKT sahəsində mütəxəssislərin təcrübə mübadiləsinə dair tədbirlərin təşkil edilməsi haqqında məsələ üzərində işləyirlər. İnternetə qoşulma sürətini ölçməyə imkan verən proqram kompleksinin təcrübi istismarı haqqında razılaşma əldə olunub.
Rəsmi səfərin yekunlarına görə, İKT sahəsində Belarus-Azərbaycan münasibətlərinin dinamik inkişafı haqqında qərar qəbul edilib, əməkdaşlığın daha da sürətləndirilməsi barədə tədbirlər razılaşdırılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33