Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 4-də gündüz saatlarında Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının ümumi sahəsi 400 kvadratmetr olan mansardında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində mansardın 150 kvadratmetr sahəsi yanıb. Mansardın qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Alov söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.