[ 04 Aprel 2015 16:42 ]



Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bakının Xətai rayonunun Sadıqcan küçəsində təmir işləri aparılır.

 

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyinin rəhbəri Pünhan Mürsəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, küçənin uzunluğu 1000 metr, eni isə 14 metrdir.

 

“Sadıqcan küçəsində köhnə asfalt-beton örtüyü artıq qaşınıb, hal-hazırda asfalt-beton örtüyünün vurulması işləri gedir. Axşamadək küçənin 500 metr məsafəsində asfalt-beton işləri yekunlaşacaq”, - deyə qurum rəsmisi bildirib.