Trend xəbər verir ki, ağacəkmə kampaniyasında şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivləri, şəhər ictimaiyyəti fəal iştirak edib. Heydər Əliyev Park-Kompleksdə 10 mindən çox Eldar şamı, 5 min qızılgül kolu,1000 ədəd feyxoa ağacı və dekorativ ağaclar əkilib. Parkda əkilən ağacları suvarmaq üçün 27-dən çox artezian quyusu var və burada yaşıllığı qorumaq üçün hər cür şərait yaradılıb.Bu gün Gəncədə Heydər Əliyev Park-Kompleksində IDEA İctimai Birliyinin təşkilatçılığı ilə yaşıllıq marafonu və ümumşəhər iməciliyi keçirilib
Qeyd edək ki, şəhərin təmiz saxlanması, gül-çiçəklərin, ağacların əkilməsi və qorunması, onlara aqrotexniki qaydada qulluq edilməsi üçün iməciliklərin keçirilməsi ənənəvi xarakter daşıyır. Gəncəlilər şəhərin gözəlliyini, yaşıl libasını artırmaq üçün əllərindən gələni əsirgəmir, keçirilən aksiyalarda yüksək mütəşəkillik göstərirlər.
Milli.Az







