Bakı. 4 aprel. REPORT.AZ/ ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları üzrə Bürosunun (ATƏT DİİHB) direktoru Maykl Link aprelin 8-9-da Azərbaycana səfər edəcək. "Report" diplomatik mənbəyə istinadən xəbər verir ki, Bakıya səfəri zaman M.Link rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək, həmin görüşlərdə Azərbaycan və ATƏT-in əməkdaşlığı məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, bu M.Linkin ATƏT DİİHB direktoru qismində Azərbaycana ilk səfəridir. 
Maykl Link ATƏT DİİHB direktor  vəzifəsinə 2014-cü ilin iyul ayında təyin olunub və bu postda o, Yanes Lenarçiçi əvəz edib.