Bakı, 4 aprel AZƏRTAC
2015-ci ilin mart ayında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,416 sığorta tələbi üzrə 1,654,266 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Sığorta Bürosundan AZƏRTAC-a bildiriblər ki, mart ayında İcbari Sığorta Bürosu tərəfindən 11 kompensasiya tələbi üzrə 37,000 manat məbləğində ödəniş həyata keçirib.
Ümumilikdə 2015-ci ilin 1-ci rübündə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 4,905 sığorta tələbi üzrə 5,708,343 manat məbləğində sığorta ödənişi həyata keçirilib.