Möhsün Pakayin İran-ABŞ münasibətlərindən danışdı.

ANS TV-nin məlumatına görə, Amerika Birləşmiş Ştatlar prezidenti Barak Obamanın son çıxışından sonra İrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılacaq. Son zamanlar xeyli yaxınlaşmanın müşahidə olunduğu İran-Amerika münasibətlərinin hazırkı vəziyyətinə İranın Azərbaycandakı səfiri Möhsün Pakayın də münasibət bildirib.

Möhsün Pakayin bildirib ki, İran Qərb dövlətləri ilə birlikdə razılığa gəliblər ki, yavaş-yavaş İrana qarşı tətbiq olunacaq sanksiyalar ləğv ediləcək.

“Bizim insanlarımız bundan şaddırlar və ümid edirik ki, getdikcə bu siyasi iradənin üzərində irəliləyişlər çoxalacaq”, - deyə səfir bildirib.

Mənbə
ANS TV