Bişkekdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Bişkek, 4 aprel, AZƏRTAC
Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
İclasda Azərbaycanı Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov təmsil edib.
Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldaev iclası açaraq gündəliyə 16 məsələnin daxil olduğunu söyləyib.
İclasda MDB ölkələri arasında siyasi, ticari, iqtisadi, mədəni, humanitar və digər sahələrdə fəaliyyətin əlaqələndirilməsi, həmçinin sərhədlərin və ərazi bütövlüyünün qorunması, hərbi sahədə əməkdaşlığın gücləndirilməsi, mübahisəli problemlərin sülh yolu ilə həlli və digər məsələlər müzakirə edilib. 2016-2020-ci illərdə sərhədlərin təhlükəsizliyinin qorunması sahəsində Əməkdaşlıq Proqramı, Helsinki Yekun Aktının imzalanmasının 40 illiyi ilə bağlı nazirlərin bəyanatı qəbul olunub.
Proqramda üzv ölkələr arasında elmi tədqiqatların aparılması, hərbi-texniki əməkdaşlıq və humanitar sahədə kadrların hazırlanması istiqamətində əlaqələrin genişləndirilməsi nəzərdə tutulur.
İclasda 2014-cü ildə MDB ölkələrinin Xarici İşlər nazirlikləri arasında Əməkdaşlıq Planı haqqında məlumat verilib, 2015-ci il üçün yeni Əməkdaşlıq Planı təsdiq edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33