Bu ayin çarmıxa çəkilməzdən əvvəl həvariyunlarının ayaqlarını yumuş İsa Məsihin anılmasıdır.
Milli.Az ABC-yə istinadən bildirir ki, əslən argentinalı olan pontifik Romada məhbusların ayaqlarını yuyub.
Romadakı həbsxanalarda saxlanan 12 məhbus 12 həvariyumu simvolizə edirdi.
Məhbuslardan biri afrikalı mühacir qadındı və o, mərasimə uşağını da gətirmişdi.
Roma Papası uşağın da ayaqlarını yuyub və öpüb.
Daha sonra o, Romadakı qədim Kolizeyin divarları önündə Qüssə Yolu mərasimini keçirib.
Yürüşdə xaçı Suriya, Yəmən və Misirdən gəlmiş zəvvarlar aparıblar.
"İndi din qardaşlarımızı qəlblərindəki inanca görə edam olunduqlarını görürük. Bu insanlar təqiblərə məruz qalır, edam olunurlar və biz, susqun razılıqla bu faciəni müşahidə edirik", - Roma Papası söyləyib.
Milli.Az
Videoları izləmək üçün şəkillərə klikləyin.





















