Bakı, 4 aprel, AZƏRTAC
Amerikanın Kolorado ştatında qarlı hava şəraiti səbəbindən 39 avtomobil toqquşub.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Bolder şəhəri yaxınlığındakı iri şosedə baş verən zəncirvari qəzanın pis hava şəraiti ilə əlaqədar baş verdiyi bildirilir. Bir neçə saat ərzində bu rayonda güclü qar yağıb.
Yerli hökumətin verdiyi məlumata görə, yol nəqliyyat hadisəsi zamanı ciddi xəsarət alan olmayıb.
Ştatda daha bir neçə iri avtomobil qəzası qeydə alınıb. Hökumət yerli əhalini şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyə çağırıb.