Müğənni Bengünün qonaq olduğu “İşte Benim Stilim” proqramının finalı Nur Yerlitaş, İvana Sert, Kemal Doğulu, Uğurkan Erez və Öykü Serterlə aprelin 3-də yayımlanıb.
Qalibin təyin olunduğu gecədə 100 min lirəlik mükafatı qazanmaq üçün Nazlı Hamarat, Zeynep Öztürk, Emel Özkızıltaş və Çiğdem Çelik mübarizə aparıb. Milli.az xəbər verir ki, tamaşaçıların səsverməsi nəticəsində "Türkiyənin ən tərz qadını" adına Emel Özkızıltaş layiq görülüb. İkinci yeri isə Zeynep Öztürk tutub.
Qeyd edək ki, E.Özkızıltaş ilk seçimlərə qatılanda əslən azərbaycanlı olduğunu demişdi. Lakin illərdir atasını görməyən Emel anası ilə bir yerdə yaşayır. O, qalib olarsa, pulun bir hissəsini yardım üçün istifadə edəcəyini, qalanını isə anasına verəcəyini bildirib.
Əfqanə
Milli.Az


Baxış: 1