"Rusiya Federasiyasının Yəməndəki diplomatik nümayəndəliyinin əməkdaşları və Rusiya Fövqəladə hallar Nazirliyinin şəxsi heyətinin rolunu xüsusilə qeyd etmək istərdik", - bəyanatda deyilir.
Azərbaycan XİN növbəti qrup Azərbaycan vətəndaşlarının da Yəməndən təxliyəsi üçün Azərbaycan Respublikasının SəudiyyəƏrəbistanındakı Səfirliyi Rusiya tərəfi ilə əlaqələndirməni davam etdirir.
"Texniki məsələlər və uçuş icazələri hazır olan kimi Türkiyə də ayrılacaq təyyarə vasitəsilə Azərbaycan vətəndaşlarının təxliyəsinə köməklik göstərməyə hazırlığını bildirmişdi. Buna görə Türkiyəyə də öz təşəkkürümüzü bildirmək istərdik", - bəyanatda deyilir.
Ümumiyyətlə, Yəməndə 20-yə yaxın Azərbaycan vətəndaşı vardır. Onların əksəriyyəti birgə nikahda olan şəxslərdir. 7 nəfər Azərbaycan vətəndaşı Yəməndə də akkreditasiya olunmuş Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyində konsulluq qeydiyyatından keçib.
Xarici İşlər Nazirliyinin təlimatı əsasında Səudiyyə Ərəbistanındakı Səfirliyimiz Yəməndə olan bütün Azərbaycan vətəndaşlar ilə əlaqələndirməni davam etdirir. Yəməndəki hadisələr ilə əlaqədar 2015-ci ilin fevral ayından etibarən Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyinin internet səhifəsində qaynar xətt fəaliyyət göstərir.