Avropa Müstəqil Akkreditasiya Agentliyi Sumqayıt Dövlət Universitetində akkreditasiyaya hazırlığın vəziyyəti ilə bağlı işlərə başlayıb
Sumqayıt, 4 aprel, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) Avropa Müstəqil Akkreditasiya Agentliyinin ekspertləri ilə ali məktəbdə akkreditasiyaya hazırlığın vəziyyətinə dair görüş keçirilib. Görüşdə proseslərin avtomatlaşdırılması və elektroenergetika mühəndisliyi üzrə bakalavriat, enerji menecmenti üzrə magistratura pillələrinə akkreditasiyaya hazırlığın vəziyyəti müzakirə edilib.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, əvvəlcə ekspertlər layihə çərçivəsində tədris olunan fənlərlə maraqlanıblar. Onlar professor-müəllim heyəti ilə görüşüb, dərs vəsaitləri ilə tanış olub, laboratoriyalara baş çəkib, tələbələrin praktik işlərinin icrasına nəzarət ediblər.
Sonra SDU-nun rektoru Elxan Hüseynov proqramın akkreditasiyaya hazırlıq vəziyyəti barədə məlumat verib.
Bildirilib ki, Azərbaycanın təhsil sistemi Boloniya prosesinə qoşulub. SDU təhsilin gələcək inkişafını nəzəri biliklərlə yanaşı, təcrübəyə əsaslanan Avropa təhsil sisteminə inteqrasiyada görür. Beynəlxalq elm, tədris proqramlarına qoşulmaq, müəllim və tələbələrin xarici ölkələrin aparıcı universitetləri ilə əlaqələrini yaratmaq əsas məqsəd kimi qarşıya qoyulub.
Universitetin beynəlxalq layihələrdə uğurlu iştirakından danışan rektor qeyd edib ki, ali məktəb TEMPUS layihəsi çərçivəsində 4 uğurlu layihənin iştirakçısı olub. Universitetdə 8 müasir tədris laboratoriyası yaradılıb və bu laboratoriyalar yüksək avadanlıqlarla təchiz edilib. Proqramda ən vacib işlərdən biri Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılmasıdır. Burada məqsəd mühəndis ixtisasını Avropa standartlarına uyğunlaşdırmaq və onların sertifikatlarını almaqdan ibarətdir.
Azərbaycanda təhsil sisteminin sürətlə inkişaf etdiyini və heç də Avropa təhsil sistemindən geri qalmadığını bildirən qonaqlar, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün mütəxəssislərin, müəllimlərin və tələbələrin mübadilə proqramlarının həyata keçirilməsinin, təhsil sərgilərinin təşkil olunmasının, beynəlxalq əlaqələrin qurulmasının, müqavilə-hüquq bazasının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırdılar.
Ekspertlər ümumi müzakirədən sonra müəyyən tövsiyyələrini verdilər.
Qeyd edək ki, yekun nəticə iyun ayında açıqlanacaq və qalib universitetə sertifikat təqdim olunacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33