Britaniyadakı Çellenc Universitetinin fizika professoru Bember Qaskoyn 900 illik tarixə malik zadəganlar nəslinin malikanəsinin yeni sahibidir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 25 ildən bəri Çellenc Universitetində çalışan professorun nənəsinin kiçik bacısı vəfat edəndən sonra B.Qaskoyn malikanənin yeganə varisinə çevrilib.
Bu malikanənin normal hala salınması və təmiri üçün 7 milyon funt-sterlinqə zərurət duyulur.
İngiltərənin Surrey qraflığındakı Uest Hoslidə yerləşən malikanə 17-ci əsrdə inşa olunub.
Binada normal otaq qalmayıb.
Malikanənin mərhum sahibəsi, 99 yaşında vəfat etmiş Roksburq hersoginyası Meri İnes-Ker binanı təmir etdirmək istəmişdi. Lakin 1950-ci illərdə hersoq ərindən boşanmış zadəgan xanım bu iş üçün yetərincə vəsait tapmamışdı.
Professor Bember və onun xanımı Kristina 50 otaqdan ibarət, vaxtilə kral 8-ci Henrixin ziyafətə qatıldığı malikanəni təmir etdirmək niyyətindədirlər.
Onlar zəruri vəsaiti əldə etmək üçün malikanədəki əşyaların və sənət əsərlərinin bir qismini satmaq fikrindədirlər.
Milli.Az







