Bakı, 4 aprel, Elvira Məmmədova, AZƏRTAC
Aprelin 4-də “ADA” Universitetində ölkəmizdə səfərdə olan bir qrup türkiyəli jurnalistin iştirakı ilə “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları və digər qurumların nümayəndələri iştirak ediblər.
Milli Məclisin deputatı Fuad Muradov Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrindən danışıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və türkiyəli jurnalistlərin çıxışları dinlənilib, suallar cavablandırılıb.