[ 04 Aprel 2015 11:10 ]



Bakı. Yeganə Laçınzadə - APA-Economics. Aprelin 3-dən Ukraynanın bir sıra yanacaqdoldurma məntəqələrində (YDM) dizel yanacağının qiyməti aşağı düşüb.

 

APA-Economics”in “Oilnews” xəbər portalına istinadən verdiyi xəbərə görə, böyük operatorlar arasında dizelin qiymətinin 1 litrə görə 0,5 qrivna azalması bir çox şirkətlərdə, o cümlədən, SOCAR-da müşahidə olunub.

 

Bu dəyişiklik dizel yanacağının orta pərakəndə satış qiymətinin də 1 litrə görə 20,93 qrivna azalmasına səbəb olub.

 

Maraqlıdır ki, benzinin qiyməti isə dəyişməyib.

 

Qeyd edək ki, dizelin pərakəndə qiyməti mart ayının əvvəlindən azalmağa başlayıb. Lakin martın 17-dən etibarən qrivnanın üzləşdiyi yeni devalvasiya dalğası qiymətlərin aşağı düşməsinin qarşısını alıb.