ABŞ-ın 37-ci prezidenti, 1969-cu ilin yanvarın 20-dən 1974-cü ilin avqustun 9-dək dövlət başçısı olmuş Riçard Niksonun villası satılır.
 
Kaliforniya ştatındakı San-Klementedə yerləşən "Western White House" villasını Riçard Nikson 1969-cu ildə 1,4 milyon dollara satın almışdı.
Milli.Az ABC-yə istinadən bildirir ki, tennis kortundan tutmuş, "Secret Servis"in əməkdaşları üçün otaqları olan villa indi 75 milyon dollara satışa çıxarılıb.
 
R.Nikson prezident olanda bu villada 17 dövlət və hökumət başçısını, o cümlədən SSRİ lideri Leonid İliç Brejnevi qəbul etmişdi.
1980-ci ilə satılmış villanı "Allergan" farmasevtika şirkətinin sahibi Gevin Gerbert satın almışdı.
 
1974-cü ildə Uotergeyt qalmaqalı ilə bağlı istefa verəndən sonra R.Nikson bu villanı tərk edərək "La Casa Pacifica" adlı malikanədə yaşamağa başlamışdı.

Milli.Az