ABŞ sanksiyaların dayandırılmasının vaxtını elan etdi
İranla nüvə proqramı ilə axrıncı razılaşmadan sonra ölkəyə qarşı sanksiyaların dayandırılması bir ilə yaxın çəkə bilər.

Anspress-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə açıqlamanı cümə günü dövlət departamentinin nümayəndəsi Mari Harf verib.

“İran özünün beynəlxalq öhdəliklərini təsdiq edəcəyi təqdirdə, İrana qarşı sanksiya rejimi yumşaldılacaq”, - xanım Harf qeyd edib.

Harf nəzərə çatdırıb ki, bunun üçün Tehran tərəfindən öz nüvə proqramı üzrə əsaslı addımlar atması ilə bağlı MAQATE-nin təsdiqi lazımdır.

Qeyd edək ki, uzun danışıqlardan sonra cümə axşamı İrana sülhməramlı nüvə proqramının davam etdirilməsi və İrana qarşı sankslyaların ləğv edilməsi barədə razılıq əldə olunub.

Milli.Az