Oxot dənizində “Dalniy Vostok” balıqçı gəmisinin qəzaya uğraması nəticəsində ölən ekipaj üzvlərinin axtarışı davam edir.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya FHN-in regional idarəsi xəbər yayıb.

Oxot dənizində Maqadandan 300 kilometr aralıda batan “Dalniy Vostok” traulerində olan 15 balıqçının taleyi ilə bağlı məlumat hələ ki yoxdur.

Hava qaraldığ səbəbilə axtarış əməliyyatları səhərədək təxirə salınıb.

Gəminin göyərtəsində 78 Rusiya vətəndaşı və 54 xarici vətəndaş olub.

Qeyd edək ki, bu vaxta qədər traulerdə olan 132 nəfərdən 62-si xəsarətlərlə xilas edilib, ümumilikdə 56 nəfərin cəsədi çıxarılıb.
Mənbə
ANS PRESS