Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) havaçılıq və imtahan-lisenziya komissiyasının növbəti toplantısı keçirilib.
FAİREX-dən AZƏRTAC-a bildiriblər ki, toplantıda komissiya tərəfindən hazırlanan təhlükəsizlik qaydalarının yekun variantı qəbul edilərək təsdiq üçün tövsiyyə olunub. Həmçinin havaçılıqla məşğul olmağa icazə verən şəhadətnamə (lisenziya) alınması üçün imtahan prosedurunun və suallarının müəyyənləşdirilməsi istiqamətində işin aparılması qərara alınıb.
Tədbirdə havaçılıq sahəsində fəaliyyətləri əlaqələndirəcək yeni vitse-prezidentin iş planının hazırlanmasında komissiyaların təklif və tövsiyələri nəzərə alınıb və federasiya tərəfindən dəvət olunacaq xarici mütəxəssisin səfərinin ilkin proqramı hazırlanıb.