Bakı, 3 aprel, AZƏRTAC
On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində Azərbaycan bir hakim ilə təmsil olunacaq.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, FIFA referi köməkçisi Namiq Hüseynov mayın 6-dan 22-dək U-17-lər arasında Bolqarıstanda təşkil olunacaq qitə birinciliyinə təyinat alıb.