Xalq artisti “Bir bahar axşamı”nda oxuyacaq
Bakı,3 aprel, Günel Əfəndiyeva, AZƏRTAC
Aprelin 3-də Beynəlxalq Mətbuat Mərkəzində xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın növbəti konsert proqramı ilə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında opera müğənnisinin aprelin 19-da Heydər Əliyev Sarayında baş tutacaq “Bir bahar axşamı” adlı konsert proqramı barədə geniş məlumat verilib.
Bildirilib ki, keçən il aprelin 19-da keçirilən konsertdən fərqli olaraq, bu il ifaçı müxtəlif dillərdə mahnı və romans janrına üstünlük verib.
Konsertdə yeni mahnılar səsləndirəcəyini bildirən müğənni eyni səhnəni ilk dəfə olaraq Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində yaradılan estrada-simfonik orkestri ilə bölüşəcək. Orkestrin dirijoru Azər Allahverdiyev, bədii rəhbəri bəstəkar və pianoçu, əməkdar artist Salman Qəmbərovdur.
Həmişə səhnəni gənclərlə paylaşmağa üstünlük verdiyini deyən Fidan Hacıyeva bu konsertdə də gənc ifaçı Ələsgər Əliyev ilə birgə çıxış edəcəyini deyib. Həmçinin vurğulayib ki, bu, ifaçı üçün debüt olacaq.
Konsertin adına uyğun olaraq opera müğənnisinin libaslarının baharı anladan rəng çalarlarında olacağı vurğulanıb. Hər bir mahnıya ayrı-ayrı klip formasında video-çarxlar çəkiləcəyi qeyd olunub. Həmçinin vurğulanıb ki, sənətkar Karmen obrazı ilə tanındığı üçün bu opera əsərindən də parçalar ifa edəcək.
Sənətkar konsertdə qızı tərəfindən sürpriz-ifa olacağını deyib.
Mətbuat konfransında gələcək planlarından danışan ifaçı jurnalistlərin suallarını cavablandırıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47