"Mobil operatorlar tərəfindən reklam SMS-lərin göndərilmsənin yalnız yazılı müqavilədən sonra olmasını təklif edirəm. Çünki insanlar bilmədən həmin məktuba razılıq verir ki, bu da ailə büdcəsinin azalması deməkdir. Bütün reklamlar isə sırf Azərbaycan dilində yayımlansın".
Qeyd edək ki, qanun layihəsinə əsasən, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanan müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydadda yayımlaya bilər. Abunəçinin razılığı olmadan və ya qanuna zidd reklamın göndərilməsi üçün telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır.
A.Badamov bildirib ki, sosial reklam mülkiyyət formasından asılı olmayaraq bütün KİV-də ödənişsiz olmaldır.
Qeyd edək ki, iclasın sonunda "Reklam haqqında" qanun layihəsi II oxunuşda qəbul olunub.