[ 03 Aprel 2015 18:24 ]
Bakı – APA. Xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycandakı səfiri Amangeldi Jumabayevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıqdan məmnunluq ifadə edilib, iqtisadi-ticarət və tranzit sahəsində əlaqələrinin inkişafında olan irəliləyişlər xüsusilə qeyd olunub.
Səfir Amangeldi Jumabayev diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
E. Məmmədyarov A. Jumabayevə gələcək fəaliyyətində uğurlar arzulayıb.