Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də “Neftçi” futbol komandasının Müşahidə Şurasının sədri Çingiz Abdullayev və üzvləri klubun bazasında olublar.
AZƏRTAC xəbər verir ki, Ç.Abdullayev komanda üzvləri ilə görüşdə onları Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində “Bakı” kollektivi üzərində qazanılmış 2:0 hesablı qələbə münasibətilə təbrik edərək, Zaqatala səfəri öncəsi uğurlar arzulayıb.
Müşahidə Şurasının üzvləri bazanı gəzərək şəraitlə tanış olublar.