Aktyor Elməddin Cəfərov toyda aparıcılıq etməməyinin səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, o, “ATV Maqazin” verilişinə açıqlamasında toyda döyülən müğənnilərdən də bəhs edib:

“Toy sənət deyil. Saat doqquzdan sonra içib nə gəldi deyirlər: mənim havamı çal, gəl səni öpüm. Budur sənət? İnsanlara yuxarıdan baxmıram. Ona görə də toylarda döyülməmişəm. Hərdən müğənniləri məclislərdə döydüklərini eşidirəm, amma inanmıram. İnsanlara demək istəyirəm ki, bu müğənniləri toylarda döyüb, əldə-ayaqda öldürməyin. Özüm içki içmirəm, namaz qılıram. Gedib toydakıları əyləndirirsən, içirlər. Günahdı axı. Hər toydan min, iki min qazanırsan. Amma mən ona yox deyib, 500 manat maaşa çalışdım. Bəzən deyirlər ki, bu pulla ailə dolandımaq olar? Elə ən yaxşısı az pulla ailə saxlamaqdır”.