Müğənni Natavan Həbibi "sponsor-sponsor" deyən həmkarlarını "daş-qalaq" edib. Süni sponsorları ilə gündəmə gələn ifaçılara öz narazılığını bildirən Həbibi atv.az-a belə açıqlama verib:
 
"Sponsor deyəndə ətim tökülür. Bəziləri gəzdiyi kişilərə, ya sevgililərinə sponsor deyirlər. Əgər bu sevgilidirsə, de sevgilimdir. Yox, əgər sponsordusa, de ki, filankəs mənə sərmayə qoyur və zamanla o pulu səndən götürəcək. Məsələn, mən Anar Mədətovla çalışanda bizim sponsorumuz var idi. Amma bu, o demək deyildi ki, mənim onunla hansısa münasibətim olub.

Sponsor layihəmizə pul qoyub, pul götürmüşdü. Mesenat pul qoyub, pul götürmür. Sponsor isə pul qoyub, pul götürür. Sevgili pul qaytarırmı? Sən öz sevgilinə pul qaytaracaqsan? Müğənnilərin dilindən götürüb insanlar da deyirlər ki, filankəsin sponsoru var. Xeyr, onun sponsoru yoxdur, sevgilisi var və ona pul buraxır. Bunlar fərqli anlayışlardır. Mənim həyatımda pul buraxan sponsor yoxdur, olmayıb".

Milli.Az