[ 03 Aprel 2015 16:00 ]
Bakı. Məlahət Nəcəfova - APA. Ukrayna Ali Radasına “Erməni xalqının soyqırımının tanıması” haqqında qanun layihəsi təqdim olunub və qeydiyyatdan keçirilib.
APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, layihənin təşəbbüskarı Odessadan seçilmiş müstəqil deputat Vitali Barvinenkodur. Bu barədə məlumat Ukrayna parlamentinin saytında da yer alıb. Lakin saytda sənədin mətni yerləşdirilməyib.
Qanun layihəsinin Ali Radada müzakirəyə çıxarılması və qəbul olunması ehtimalı çox azdır.