Bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev və şuranın üzvləri – Sadıq Sadıqov, Mübariz Zeynalov, Səməd Qurbanov, Cəbrayıl Cəbrayılov, Zaur Qəhrəmanov və Bəhram Bağırzadə klubun bazasına baş çəkiblər.

ANS PRESS-in klubun saytına istinadən verdiyi məlumata görə, Ç.Abdullayev komanda üzvləri ilə görüşdə onları “Bakı” klubu üzərində qazanılmış 2:0 hesablı qələbə münasibətilə təbrik edərək, Zaqatala səfəri öncəsi uğurlar arzulayıb.

Müşahidə Şurasının üzvləri bazanı gəzərək şəraitlə tanış olublar.












Mənbə
ANS PRESS