Bakı, 3 aprel, AZƏRTAC
ABŞ-da iki ay əvvəl öz qayığı ilə balıq ovuna çıxdıqdan sonra itkin düşən dənizçi sağ tapılıb.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, 37 yaşlı Luis Gordan Şimali Karolina sahilindən 320 kilometr uzaqlıqda Alman tankeri tərəfindən xilas olunub. On metrlik qayığı tərsinə çevrilən dənizçi iki ay müddətində çiy balıq yeyərək və yağış suyu içərək sağ qalıb
Gordan öz qayığı ilə balıq tutmağa yanvarın 27–də çıxıb. Həmin müddətdən bir neçə gün sonra isə ailəsi onun itkin düşmə xəbərini yayıb.
Qeyd edilir ki, indiyədək bu qədər uzun müddətdən sonra dənizdə sağ qalan olmayıb.
