Qadın sahibkarlığının inkişafı onların nüfuzunun artmasına yardım edir
Bakı, 3 aprel, AZƏRTAC
Ölkəmizdə 2015-ci il yanvarın 1-dək hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin 82,1 faizini kişilər, 17,9 faizini isə qadınlar təşkil edib. Fiziki şəxslərin tərkibində sahibkar qadınların 59,9 faizi regionlarda, 40,1 faizi isə Bakıda qeydiyyatdan keçib.
AZƏRTAC İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına istinadən bildirir ki, hazırda qadınlar ölkə iqtisadiyyatının demək olar ki, bütün sahələrində çalışırlar. Dövlət qulluğunda çalışanlar arasında qadınların payı 28 faiz, sahibkarlar arasında isə 17 faizdir. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində fərdi sahibkarların 43,5 faizini, xidmət sahəsində 15,9 faizini, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda isə 14,4 faizini qadınlar təşkil edir.
Son illərdə qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur. Sahibkarlığın və kiçik biznesin inkişafı, yeni iş yerlərinin yaradılması, işsizliyin azaldılması və məşğulluğun artırılması proseslərində qadın sahibkarların da rolu var. Belə ki, qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir.
Əmək qabiliyyətli qadınların 69,2 faizi özəl sektorda, 30,8 faizi isə dövlət sektorunda çalışır. Ümumtəhsil məktəblərində müəllimlərin 53,9 faizi, orta ixtisas məktəblərində 16 faizi, ali məktəblərdə 30,1 faizi qadınlardır. Bizneslə məşğul olan qadınlar əsasən kiçik müəssisələrdə fəaliyyət göstərirlər.
Ötən illər ərzində ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində silsilə tədbirlər həyata keçirilib, müxtəlif mexanizmlər yaradılıb. İstənilən işgüzar fəaliyyət kimi, qadın sahibkarlığının inkişafının da mühüm amili zəruri maliyyə vəsaitlərinin əldə edilməsi imkanları ilə bağlıdır. Məlum olduğu kimi, son illər Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qəbul edilmiş sənədlər sahibkarların maliyyələşdirilməsinin səmərəli mexanizmini formalaşdırmaqla, sahibkar qadınların da maliyyə vəsaiti ilə təminatı imkanlarını genişləndirib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitindən istifadə üzrə seçilmiş müvəkkil banklar tərəfindən əsasən regionlarda fəaliyyət göstərən onlarla qadın sahibkarın məişət-sanitariya məmulatlarının istehsalı, yüngül sənaye, turizm, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı yönümlü investisiya layihələri maliyyələşdirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25