2011-ci ildə silahlı hücum nəticəsində yaralanan və beynində qalan sümük parçasını götürmək üçün əməliyyat olunan İbrahim Tatlısəs ilk dəfə danışıb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, ifaçı Şanlıurfada yayımlanan region televiziyasına canlı bağlanaraq səhhəti ilə bağlı bunları deyib:

“İndi çox yaxşıyam. Almaniyaya getməzdən əvvəl ABŞ-a yollansaydım indi çoxdan ayaq üstə idim. Əməliyyatdan qabaq hamıdan halallıq istədim. Çünki həkimlər dedilər ki, ayılmaya bilərəm. Bu elə də asan əməliyyat deyildi. Kəlmeyi-şəhadətimi gətirib əməliyyata girdim”.

İ.Tatlısəs vətəni üçün çox darıxdığını deyib:

“Türkiyə və Şanlıurfadan ötrü çox darıxıram. Dayana bilmirəm. ABŞ-dan qayıdandan sonra albom çıxaracam. Ölənə qədər oxuyacam. 15 gün ərzində Türkiyəyə qayıda bilərəm”