Məlumatı təsdiqləyən Musiqili Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Milli.Az-a bildirib ki, tədbirdə Azərbaycanın xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Novruz Əliyev, Naidə Orucova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, vokalçı artist Şaban Cəfərov, Nigar Tofiq, Balet truppasının üzvləri Murad Əliyev və Cəlalə Novruzlu iştirak ediblər.
Konsert proqramı çərçivəsində S.Ələsgərov, İ.Məlikzadənin “Hərənin öz ulduzu”, V.Adıgözəlov, Anarın “Adamın adamı” tamaşalarından parcalar, müxtəlif yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Tamaşaçılarla canlı ünsiyyət yaradan Musiqili Teatrın kollektivi sağlamlıq imkanları məhdud gənclərə unudulmaz anlar yaşadıblar. Sonda mərkəzin direktoru Rəhilə Həsrətova Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Musiqili Teatrın direktoru Əliqismət Lalayev başda olmaqla teatrın kollektivinə tədbirdə iştirak etdiklərinə görə təşəkkür edib.
Milli.Az













