Bakı, 3 aprel, AZƏRTAC
Keniya universitetində girovların azad edilməsi üçün aparılan əməliyyat yekunlaşdıqdan sonra ölənlərin sayı 147 nəfərə çatıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Somalinin “Əş-Şabab” qruplaşmasının iddiasına görə isə Qarissa şəhərindəki universitetdə götürülən girovların xeyli hissəsi hələ də onların əlindədir.
Fransa Prezidenti Fransua Olland çoxsaylı insan tələfatı ilə əlaqədar Keniya prezidenti Uxuru Keniataya başsağlığı verib. Yelisey sarayının yaydığı bəyanatda Fransanın terrorizmlə mübarizə sahəsində Keniya ilə əməkdaşlığa hazır olduğu bildirilir.