[ 03 Aprel 2015 12:57 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də yeni təyinatlar olub.

Qurumun Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə "Azəryolservis" ASC-nin Avtomobil yollarının istismarı və reklam MMC-nin rəisi Əvəz Qocayev "Azəryolservis" ASC sədrinin müavini - Avtomobil yollarının istismarı idarəsinin rəisi, 1 saylı Layihə idarəetmə qrupunun direktoru Şaiq Məmmədov "Azəryolservis" ASC sədrinin iqtisadi məsələlər üzrə müavini, 4 saylı Layihə idarəetmə qrupunun direktoru Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC sədrinin müavini - İnvestisiya idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.