Bakı, 3 aprel, Gülnar Bəşirova, AZƏRTAC
Aprelin 18-dən etibarən “Ural Hava Yolları” aviaşirkəti Samara-Bakı-Samara istiqamətində aviareyslər həyata keçirəcək.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC -nin prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
Məhərrəm Səfərli bildirib ki, uçuşlar həftədə 1 dəfə həyata keçiriləcək.