Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sənətçinin həkimi, professor Gökhan Dəmir açıqlamasında deyib:
“Kayahan il yarımdır ağciyər xərçəngi diaqnozu ilə xəstəxanamızda müalicə olunurdu. İlk vaxtlar müalicəyə yaxşı reaksiya versə də, son zamanlar xəstəliyin yayılması və orqan çatışmazlığı səbəbindən, təəssüf ki, onu itirdik”.