Milli.Az telegraf.com-a istinadən bildirir ki, bu ilin fevralın 16-da Türkiyənin sevilən sənətçisi Kayahan və Nilüfer 14 il fasilədən sonra eyni səhnəni paylaşmışdılar.
Nilüfer “Sevgililər Günü” konsertini Kayahanın unudulmaz "Gecələr" mahnısıyla açıb.
Kayahan xəstə yatağında yazdığı yeni mahnısı "Sevgiliye"ni, ardınca isə "Səninlə hər şeyə varam mən"i ifa edib.
Usta sənətçi sevilən mahnılarını ifa etdikdən sonra onun üçün səhnəyə qoyulan kreslodan qalxaraq pərəstişkarlarına səslənib:
"Mən sizə haqqımı halal etdim, siz də haqqınızı halal edin. Yaxında daha rahat qalacağım günlər olacaq. Xəyal edin, çünki xəyal etdiyiniz müddətcə yaşayarsınız", sözləri həm yoldaşını, həm də sevənlərini ağladıb.
Kayahanın albomları
Canım Sıkılıyor Canım (1981) (Uzunçalar)
Merhaba Çocuklar (1987)
Benim Şarkılarım (1988)
Benim Şarkılarım 2 Siyah Işıklar (1989)
Yemin Ettim (1991)
Odalarda Işıksızım (1992)
Son Şarkılarım (1993)
Benim Penceremden (1995)
Canımın Yaprakları (1996)
Emrin Olur (1997)
Beni Azad Et (1999)
Gönül Sayfam (2000)
Ne Oldu Can? (2002)
Kelebeğin Şansı (2004)
Biriciğim'e (2007)
Kayahan En İyileri No.1 (2014)
Milli.Az
Milli.Az









