Bakının tanınmış xəstəxanasında qəfil ölüm olub.

ANS PRESS-in milli.az-a istinadən verdiyi məlumatına görə, 63 yaşlı Pirməmməd Məmmədov 1 saylı şəhər xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində müalicə olunan yeznəsini görməyə gələrkən dünyasını dəyişib.

Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, P.Məmmədov ürək çatışmazlığından vəfat edib.
Mənbə
ANS PRESS