Bakı-2015-ə daha bir tərəfdaş
“Red Bull”un sosial media kanalları mətbuat və sosial marketinq sahələri üzrə qlobal liderlər olaraq, “Bakı-2015"i dəstəkləmək üçün Birinci Avropa Oyunlarınadək qalan müddət ərzində regional əsaslı sosial media tədbirləri həyata keçirəcəklər.
“Red Bull” bu tədbirlər zamanı Azərbaycanda daha az tanınmış idman növlərini diqqət mərkəzinə gətirəcək. Məqsəd yerli əhali arasında onların populyarlığını artırmağa kömək etmək və Avropa Oyunlarına bilet satışına dəstək olmaqdır. Bu idman növlərinə avarçəkmə, çimərlik voleybolu, velosiped idmanı (BMX, şosse velosipedi və dağ velosipedi növləri), çimərlik futbolu, 3x3 basketbolu və qılıncoynatma daxildir. Enerji içkiləri şirkəti tamaşaçılar üçün arena daxilində əyləncələr təşkil edəcək. Buraya məşhur diceylərlə görüşlərin təşkili də daxildir. “Red Bull”, Atletlər Kəndində idmançılar üçün də əyləncəli tədbirlər həyata keçirəcək.
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu xüsusda deyib: “Red Bull” dünyaca məşhur brenddir və tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına fərqli üslubları ilə dəstək verəcəklər. Şirkət həm də Azərbaycanda bir sıra tədbirlərin həyata keçirilməsində əldə etdiyi uğurlu nəticələrlə öyünə bilər. Artıq “Red Bull”da idman tarixinə qızıl hərflərlə yazılacaq Avropa Oyunlarını dəstəkləyən və tərəfdaşlıq edən digər tanınmış beynəlxalq və Azərbaycan şirkətlərinin sırasına qoşulur.”
“Red Bull” Azərbaycanda tədbirlərin təşkil edilməsi və tanıdılması sahəsində əhəmiyyətli təcrübəyə malikdir. Son olaraq, 2014-cü ildə "Thre3style" dünya dicey çempionatının final mərhələsini və İohan Sebastyan Baxın əsərləri ilə breyk dansla müasir baletin sintezindən ibarət “Flying Bach” tədbirini reallaşdırmışdı. Bakı hər iki yarış üzrə dünya turnirlərinin son dayanacağı oldu və bir neçə gecə bu tədbirlərə ev sahibliyi etdi.
2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı-2015 Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı-2015 Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü ərzində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün təsnifat xarakterli olacaq. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33